00:00:00
Yazar
Admin User
06.02.2026 17:51 49 2 dəq oxuma
İqtisadiyyat

Bakı və İrəvan qarşılıqlı tədarük üçün malların siyahısını mübadilə edib

Bakı və İrəvan qarşılıqlı tədarük üçün malların siyahısını mübadilə edib

Ermənistan və Azərbaycan iş adamları qarşılıqlı tədarük məqsədilə malların siyahısını mübadilə ediblər. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan brifinqdə məlumat verib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Eyyub Kərimli bildirib ki, Azərbaycanla Ermənistan arasındakı ticarət dövriyyəsinin başlanması və davam etməsi həm iki ölkənin iqtisadiyyatına, həm də regionun iqtisadiyyatına müsbət təsir göstərəcək:

 

"Bu, bir tərəfdən Ermənistana digər ölkələrdən daşınan yüklərin çatdırılmasına imkan verir ki, bu da onların daxili iqtisadiyyatda tələbatın ödənilməsinə və digər ölkələrdən asılılığının azaldılmasına dəstək olacaqdır. Bilirsiniz ki, Qazaxıstandan və gələcəkdə Çindən, eləcə də digər türk dövlətlərindən daşınan məhsullar Azərbaycan üzərindən keçərək Ermənistana gedə bilər.

 

Digər tərəfdən, Azərbaycandan Ermənistana nəqliyyat və enerji təchizatı ilə bağlı geniş imkanlar mövcuddur. Bu da ölkəmizin regionda lider rolunu daha da təsdiqləyir və Ermənistanı, belə desək, ölkəmizin enerji sektorundan asılı vəziyyətə salır. Lakin bu, eyni zamanda Ermənistan iqtisadiyyatına da müsbət təsir göstərir. Bilirsiniz ki, bu yaxınlarda Ermənistana ixrac edilən yanacaq daha ucuz qiymətə başa gəlir və bu da onların iqtisadi imkanlarını artırır.

 

Sözsüz ki, Ermənistandan da Azərbaycana müəyyən məhsullar daxil ola bilər. Bunlar bəzi tikinti materialları, gələcəkdə bəzi alkoqollu içkilər, həmçinin meyvələr və digər kənd təsərrüfatı məhsulları ola bilər. Hesab edirəm ki, bu, eyni zamanda bölgədə formalaşan sülhün möhkəmlənməsinə və onun dayanıqlığının təmin olunmasına xidmət edəcək.

 

Həmçinin Azərbaycanın nəqliyyat və logistika imkanları, həm Gürcüstan, həm də Türkiyə ilə qonşu və sərhəd dövlət olması Ermənistan üçün Türkiyə istiqamətində də nəqliyyat imkanlarını genişləndirir. Bu ticarət əlaqələrinin, hesab edirəm ki, region ölkələrinə də müsbət təsiri olacaqdır. Ermənistan digər ölkələr üçün daha açıq olur, Türkiyə və digər dövlətlər üçün yeni imkanlar yaranır və Ermənistanın xarici bazarlara çıxışı da yaxşılaşır.

 

Çünki bilirsiniz ki, Ermənistanın dəmir yolu xətləri sovet dövründə də əsasən Azərbaycandan keçib və daşınan yüklər bu marşrutdan istifadə edib. Bu amil Ermənistanın iqtisadi imkanlarının müsbət şəkildə artmasına şərait yaradır".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər