Bakı və İslamabad müdafiə sənayesi və energetika sahəsində əməkdaşlığı aktivləşdirəcək
Pakistan və Azərbaycan ikitərəfli ticarət və investisiya əməkdaşlığını müzakirə edib.Baş nazir, həmçinin Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) Pakistanın neft və qaz sektorunda əlverişli investisiya imkanlarından istifadə etməyə çağırıb.
O, həmçinin regional enerji dinamikasını dəyişdirmək və vacib bazarlarda qarşılıqlı əlaqəni gücləndirmək məqsədi daşıyan "Ağ neft kəməri" layihəsinə Azərbaycanın strateji marağını alqışlayıb.
Mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, SOCAR strukturlarının Pakistana LNG və LPG tədarükündə müəyyən təcrübəsi var:
"Azərbaycan və Pakistan arasında investisiya , sənaye , enerji sahəsində birgə əməkdaşlıq və birgə fəaliyyət perspektivləri hər iki ölkə arasında iqtisadi münasibətlərin şaxələndirilməsinə xidmət edir. Cari ilin əvvəlindən başlayaraq Azərbaycan və Pakistan arasında investisiya, sənaye, enerji sahələrində əməkdaşlıq və birgə fəaliyyətin perspektivləri barədə aparılan danışıqlar , ölkəmizin regional inteqrasiya rolunu gücləndirir. Aparılan danışıqlarda SOCAR-ın Pakistanın neft -qaz sektoruna investisiya imkanlarının müzakirə edilməsi , SOCAR-ın beynəlxalq neft-qaz strategiyasının tərkib hissəsidir. Nəzərə almaq lazımdır ki , SOCAR strukturlarının Pakistana LNG və LPG tədarükündə müəyyən təcrübəsi var. Pakistanın milli enerji infrastrukturunu tamamlayaraq Kəraçidən Pişəvərə qədər neft məhsulları üçün daha hamar, daha səmərəli və sərfəli tədarük zənciri yaratmaq məqsədi daşıyan " Ağ neft kəməri " layihəsində SOCAR-ın iştirak imkanları , Pakistanın neft məhsulları bazarının təhlilindən keçir".
Xədicə Məhərrəmli
