00:00:00
Yazar
Nigar Həsənzadə
14.02.2026 23:45 14 1 dəq oxuma
Araşdırma

Bakıda binada yanğın: sakinlər təxliyə olunub

Bakıda binada yanğın: sakinlər təxliyə olunub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

 

"İnformator.az" xəbər verir ki, nazirlikdən "Axar.az"a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində pilləkən qəfəsində quraşdırılan elektrik sayğaclarında baş verən yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində 10 ədəd elektrik sayğacı və qoruyucu açar, 2 p.m elektrik naqili yanıb. Yanğınsöndürənlərin təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla, 7 nəfər təxliyə olunub. Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər