00:00:00
Yazar
Admin User
28.11.2025 18:01 146 2 dəq oxuma
Mədəniyyət

Bakıda ilk İƏT Mədəniyyət Festivalı keçiriləcək

Bakıda ilk İƏT Mədəniyyət Festivalı keçiriləcək

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-11 dekabr tarixlərində paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçiriləcək.

 

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova “İnformator.az”a açıqlamasında bildirib ki, "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025" Azərbaycanın dünyada tanınan multikulturalizm modelini bir daha nümayiş etdirmək üçün mühüm platforma olacaq:

 

“Fərqli ölkə və mədəniyyətlərdən iştirakçıların Bakıda bir araya gəlməsi, ölkəmizin tolerantlıq, dini və mədəni müxtəlifliyə hörmət prinsiplərinə əsaslanan ictimai dəyərlərinin canlı təqdimatına şərait yaradacaq. Festival çərçivəsində keçiriləcək panellər, sərgilər və investisiya müzakirələri Azərbaycanın yaradıcı sənaye sektorunda yeni əməkdaşlıqların qurulmasına, startapların tanıdılmasına və beynəlxalq investorların diqqətinin cəlb olunmasına şərait yaradacaq. Bu xüsusilə dizayn, kino, oyun texnologiyaları və musiqi-teatr sahələrində böyük potensial açır. Festivalda 50-dən çox ölkədən 300-dən artıq nümayəndənin-mədəniyyət nazirlikləri, beynəlxalq təşkilatlar, sənət və yaradıcı sahələrin tanınmış simalarının iştirakı gözlənilir. Bunlardan 26-sı İƏT üzv ölkələridir. Qeyd edək ki, ümumilikdə 38 xarici ölkə təsdiqlənib. İƏT-ə üzv dövlətlərin fəal iştirakı, tədbirin həm siyasi, həm də mədəni əməkdaşlıq baxımından əhəmiyyətini göstərir, eyni zamanda, təşkilat daxilində inteqrasiyanın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə mühüm töhfə verəcək. Tədbir çərçivəsində keçiriləcək yan tədbirlər də daxil olmaqla Bəhreyn, Misir, Qazaxstan, Mərakeş, Oman, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan və s. ölkələrdən qonaqlar təşrif buyuracaq”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər