00:00:00
Yazar
Admin User
30.01.2015 09:15 815 2 dəq oxuma
Mədəniyyət

Bakıda “Kitabi-Dədə Qorqud və Fridrix fon Dits - 200” Beynəlxalq Kollokviumu keçirilib

Kollokviumda Azərbaycanla yanaşı, Avropa ölkələrindən, Türkiyədən qorqudşünaslar, türkoloqlar, nəşriyyat rəhbərləri, araşdırmaçılar iştirak edirlər. Müzakirələr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universitetində təşkil olunacaq
Bakıda “Kitabi-Dədə Qorqud və Fridrix fon Dits - 200” Beynəlxalq Kollokviumu keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Kitabi-Dədə Qorqud və Fridrix fon Dits - 200” Beynəlxalq Kollokviumu adlı tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbir Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”
un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunub.
Tədbirdə çıxış edən millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla bildirib ki, Beynəlxalq Kollokvium “Kitabi-Dədə Qorqud” dastanının təbliğatı məqsədilə ilboyu keçiriləcəyi nəzərdə tutulan geniş tədbirlər planının müzakirəsi çərçivəsində keçirilir: “Kollokviumda Azərbaycanla yanaşı, Avropa ölkələrindən, Türkiyədən qorqudşünaslar, türkoloqlar, nəşriyyat rəhbərləri, araşdırmaçılar iştirak edirlər. Müzakirələr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universitetində təşkil olunacaq. “Kitabi-Dədə Qorqud” dastanının həm ölkə daxilində, həm də xaricdə hərtərəfli tanıdılması məqsədi ilə elm adamlarının verdikləri təkliflər əsasında hazırlanan proqram Kollokviumun əsas müzakirə mövzusudur”.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli və başqaları tədbirin keçirilməsinin əhəmiyyətindən, “Kitabi-Dədə Qorqud” dastanının beynəlxalq aləmdə daha çox tanıdılmasının vacibliyindən söz açıblar. 
Qeyd edək ki, 50-dən çox yerli və xarici elm adamlarının, mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən Beynəlxalq Kollokviumda “Kitabi-Dədə Qorqud” dastanının araşdırılması və ilboyu təbliğatının aparılmasının konkret proqramı müəyyənləşdiriləcək, kollokvium üzvlərinin yekdil rəyi əsasında qərar qəbul olunacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər