Bakıda müxtəlif şirkətlərin Türkiyənin ticarət nümayəndələri ilə görüşü olacaq
Gələn il fevralın 23-26-da Bakıda müxtəlif şirkətlərin Türkiyənin ticarət nümayəndələri ilə görüşü keçiriləcək.
"İnformator.az" xəbər verir ki, tədbir Türkiyənin Ticarət Nazirliyi ilə koordinasiyalı şəkildə, "Türkiyə İxracatçılar Assambleyası" İctimai Birliyinin dəstəyi ilə təşkil olunacaq.
Məlumata əsasən, ticarət nümayəndələrinin fəaliyyətinin nəticəsi olaraq, fevralın 24-də Özbəkistanın paytaxtı Daşkənddə biznes forumu, ardınca isə ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcək.
