00:00:00
Yazar
Səadət Əlizadə
01.06.2026 19:05 19 1 dəq oxuma
İqtisadiyyat

Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakıda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr arasında görüş keçirilib və tərəflər iki ölkə arasında yeni əməkdaşlıq imkanlarını qiymətləndiriblər.

 

"İnformator.az" xəbər verir ki, A. Bayraktar "X" sosial şəbəkə hesabında bu barədə məlumat paylaşıb.

 

"Görüşdə Türkiyənin və bölgənin enerji təchizatı təhlükəsizliyinə yönəlmiş strateji baxışlar müzakirə edilib, həmçinin iki ölkə arasındakı yeni əməkdaşlıq imkanlarını və potensial fürsətlər qiymətləndirilib", - Bayraktar yazıb.

 

Qeyd edək ki, görüş 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"u çərçivəsində baş tutub.

#gündəm #yeni #xəbər #əməkdaşlıq #imkanları
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər