Bakıda yeni yol zolaqları tətbiq olunur: qaydanı pozan sürücülər cərimələnəcək- AÇIQLAMA
Bakıda yol hərəkətinin tənzimlənməsi və nəqliyyat sıxlığının azaldılması məqsədilə yeni zolaqların yaradılması planlaşdırılır. Qaydalara əməl etməyən, bu zolaqlara icazəsiz daxil olan sürücülər isə cərimə ilə üzləşəcəklər.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “İnformator.az”a açıqlamasında bildirib ki, zolaqlar yeni təşkil olunan WUF 13 tədbiri ilə əlaqədar yaradılıb və müvəqqəti xarakter daşıyır:
“Məqsəd tədbir zamanı iştirakçıların və operativ nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etməkdir. Bu zolaqların ümumi nəqliyyat sıxlığına ciddi təsir göstərməsi gözlənilmir. Çünki həmin həftə ərzində bəzi təhsil müəssisələrində tətil olacaq və bu da yollardakı yükü azaldacaq. “Yaşıl zolaq”a icazəsiz daxil olan sürücülər isə cərimə ediləcək. Bu cərimə avtobus zolağına qanunsuz daxil olma qaydalarına uyğun olaraq tətbiq ediləcək və məbləği 100 AZN təşkil edir”.

Cavahir Əsgərbəyli