“Bakıkart” NFC istifadəçilərinə müraciət edib
Oktyabr-aprel ayları ərzində NFC funksiyası olan bank kartları ilə həyata keçirilmiş və ödəniş əməliyyatları zamanı silinməmiş vəsaitlərin aprelin 6-dan etibarən mərhələli şəkildə silinməsinə başlanılacaq və ictimai nəqliyyatdan istifadə zamanı müvəqqəti məhdudiyyətlər aradan qaldırılacaq.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, kartda vəsait olmaması NFC ödənişlərində problem yaradır, buna görə balansa nəzarət vacibdir:
“NFC ödənişləri üçün kartda kifayət qədər vəsait olmalıdır. Əks halda səfər etmək mümkündür, lakin müəyyən zamandan sonra sistemdən çıxarılma baş verir və sui-istifadə hallarının qarşısını almaq üçün bu imkanlar müəyyən həddə qədər məhdudlaşdırılıb. Düşünürəm ki, bu problemlərin aradan qaldırılması üçün vətəndaşlar mövcud seçim imkanlarından istifadə edərək səfərlərini müxtəlif ödəniş vasitələri ilə təşkil edə bilərlər. Eyni zamanda, ödənişlərin vaxtında həyata keçirilməsi vacibdir. Yəni kartda kifayət qədər vəsaitin saxlanmasına sərnişinlər xüsusi diqqət yetirməlidirlər”.
Arzu Poladova