00:00:00
Yazar
Səadət Əlizadə
17.03.2026 20:50 71 2 dəq oxuma
İqtisadiyyat

Bakının mərkəzi rayonlarında kirayə qiymətləri daha sürətlə artır

Bakının mərkəzi rayonlarında kirayə qiymətləri daha sürətlə artır

Bu ilin ilk üç ayında Bakıda kirayə mənzil bazarında qiymət artımı müşahidə olunub. Xüsusilə, paytaxtın mərkəzi və biznes aktivliyi yüksək olan rayonlarında kirayə qiymətləri daha sürətlə yüksəlib. Mütəxəssislər bildirirlər ki, nəqliyyat əlçatanlığı, iş yerlərinin yaxınlığı və yüksək tələbat bu artımın əsas səbəblərindən biridir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında əmlak mütəxəssisi Elnur Azadov bildirib ki, qiymətlərin mərkəzə doğru və bəzi ərazilərdə artması-bəli, belə bir tendensiya var:

 

“Bunun bir neçə səbəbi mövcuddur. İlk olaraq, mərkəzdə müəyyən turizm zonaları yerləşir. Şəhərin tam mərkəzində elə ərazilər var ki, mənzillər sutkalıq şəkildə turistlər vasitəsilə istifadə olunur. Bu sahədə çalışan bir çox şəxslər isə mənzilləri aylıq kirayə götürərək sutkalıq şəkildə icarəyə verirlər. Bu tendensiya son zamanlar xeyli artıb və xüsusilə, mərkəzə doğru istiqamətdə daha çox müşahidə olunur. Eyni zamanda, bəzi ərazilərdə gediş-gəliş aktivliyinin artması da qiymətlərə təsir edir. Şəhər daxilində nəqliyyat problemləri və sıxlıq vətəndaşları işlədikləri və ya oxuduqları yerlərə daha yaxın ərazilərdə yaşamağa vadar edir. Bu da onların yolda daha az vaxt sərf etməsinə imkan yaradır".

 

Əlavə olaraq ekspert bildirib ki, bildiyimiz kimi, son bir il ərzində nəqliyyat xərcləri artıb:

 

"Buna görə də vətəndaşlar çalışırlar ki, bu sahəyə daha az vaxt və vəsait sərf etsinlər. Məsələn, əvvəllər Xırdalan və Masazır kimi ərazilərdə evlərin qiymətləri daha ucuz idi və tələbat yüksək idi. Lakin sonradan gediş-gəliş problemləri ciddi çətinliklər yaratdığı üçün bu ərazilərə tələbat nisbətən azalıb.

Hazırda vətəndaşlar şəhərin daha mərkəzi hissələrində mənzil almağa üstünlük verirlər. Onlar düşünürlər ki, qiymət daha yüksək olsa belə, vaxt və nəqliyyat xərclərinə qənaət etmək daha məqsədəuyğundur. Yəni istehlakçılar arasında bu cür yeni bir tendensiya formalaşıb.

Oxşar tendensiya şəhərin mərkəzinə olan axının artması ilə də bağlıdır. Əvvəllər bu məsələyə o qədər də önəm verilmirdisə, indi nəqliyyat xərclərinin artması və tıxac problemləri səbəbindən insanlar buna daha çox diqqət yetirməyə başlayıblar”.


Gövhər Mehyəddinova

#artır #rayonlarında #mərkəzi #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər