Bakıya turist axını artır
Azərbaycan daha iki ölkə ilə vizasız rejimə keçir. Qərara əsasən, Bosniya və Herseqovina, eləcə də Sinqapur vətəndaşları ölkəmizə vizasız gələ biləcəklər. Bəs yeni qaydalar turizm axınına necə təsir edəcək və hazırda paytaxtımızda olan xarici qonaqların Bakı ilə bağlı təəssüratı necədir? Sualların cavabı AzTV Xəbərin reportajında…
Qərara görə, Bosniya və Herseqovina, həmçinin Sinqapur ümumvətəndaş pasportuna malik şəxslər 2026-cı ilin 1 avqust tarixindən 2027-ci ilin 1 avqust tarixinədək Azərbaycan ərazisinə turizm məqsədilə 30 gün müddətinə vizasız daxil olacaqlar.
TİTR: CEYHUN AŞUROV – TURİZM ÜZRƏ EKSPERT
“Vizanın olmaması turizm üçün əsas şərtlərdən biridir. Və bunun yanında həmin istiqamətə əlverişli getmək imkanları, birbaşa uçuşun olması - bunlar hamısı insanların bir yerdən digər yerə səyahət etmələri üçün əsas səbəblərdən biri hesab olunur”.
TİTR: LALƏ QAFAROVA - MÜXBİR
STAND UP: Tarixi irsi, müasir memarlığı, zəngin mətbəxi və qonaqpərvər insanları ilə Bakı hər il minlərlə turistin diqqətini cəlb edir. Bəs paytaxtımız xarici qonaqların yaddaşında hansı təəssüratla qalır?
SORĞULAR:
1. İnsanlar çox mehriban və qonaqpərvərdir. Hər şey səliqəli, təmiz və yaşıllıq içindədir, küçələr də çox təmiz saxlanılır. Ümumilikdə, insanlar çox yaxşıdır, gəzməli yerlər də çox gözəldir.
2. Atmosferi, insanları, şəhəri və küləkli havanı çox bəyəndim. Buradakı insanlar çox mehriban və səmimidirlər
3. Mən artıq Bakını çox sevirəm. Oraya tez-tez gedirəm. İnsanları bizə çox mehribandır və biz bura çox yaxınıq. Çünki biz iki dövlət, bir millətik
4. Azərbaycan çox gözəl ölkədir. Havası gözəldir, insanları mehriban və qonaqpərvərdir. Burada insanlar ehtiyacı olan hər kəsə kömək etməyə çalışırlar. Özümü burada çox təhlükəsiz hiss edirəm.
5. Bakını çox sevirəm. Bura mənim üçün öz evim kimidir. İçərişəhəri çox sevirəm, dənizkənarı bulvarda gəzməkdən zövq alıram. Mən Bakını həqiqətən buradakı insanlar da Bakıya üçüncü səfərimdir. Şəhərin memarlığı və buradakı insanlar da mənə çox xoş təsir bağışlayır.
Göründüyü kimi turistlər ölkəmizə ardıcıl səfər edirlər. Buna təsir edən faktorlardan biri isə bəzi ölkələrlə olan vizasız rejimdir. Ekspertlərin fikrincə, turizm axını növbəti illərdə daha da artacaq.
LALƏ QAFAROVA, ZAHİR ZAHİDOĞLU, AZTV XƏBƏR