00:00:00
Yazar
Admin User
15.01.2026 19:42 171 3 dəq oxuma
İqtisadiyyat

Bank of Baku 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb

Bank of Baku 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb

"Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində, həmçinin istehlak kreditləşməsi sahəsində aparıcı mövqe tutan “Bank of Baku” ASC 2025-ci ilin yekun maliyyə nəticələrini açıqlayıb".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı ekspert İsmayıl Məmmədov bildirib ki, bank sektoru iqtisadi artımın əsas təkanverici qüvvələrindən biri kimi ölkənin inkişafında strateji rol oynayır:

 

"Bank sektorunun səmərəliliyi və sabitliyi iqtisadi inkişafın əsas göstəricilərindən biridir. “Bank of Baku” ASC-nin 2025-ci il üzrə hesabatları təkcə institusional uğurdan deyil, həm də Azərbaycan iqtisadiyyatının bank sektoru vasitəsilə necə rəqəmsal və istehlakçı bazarlarına doğru diversifikasiya olunduğunu nümayiş etdirən canlı bir empirik sübutdur. Həm də ölkə iqtisadiyyatında baş verən makroiqtisadi prosesləri anlamaq baxımından əhəmiyyət kəsb edir. Bankın yüksək performans göstəriciləri onun milli iqtisadiyyata töhfəsini, xüsusilə mikro və kiçik biznesin maliyyələşdirilməsindəki rolu, beynəlxalq etimadın əhəmiyyəti və ümumi iqtisadi sabitliyə təsirini nümayiş etdirir. Bankın 2025-ci ildə 30,59 milyon manat xalis mənfəət əldə etməsi və aktivlərini 1,152 milyard manat həddinə çatdırması ölkə miqyasında kredit proseslərinin canlanmasının aydın göstəricisidir. Kredit portfelindəki 22,15% artım (861,43 mln. manat) təkcə bankın bazarda genişlənməsi deyil, həm də yerli sahibkarlığa və istehlakçı tələbatına verilən güclü dəstəkdir. Bankın kredit strukturu ölkənin iqtisadi prioritetləri ilə üst-üstə düşür. Biznes kreditlərinin 148,76 mln. manat həcmi və 12,08% artımı bankın mikro, kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirilməsində aktiv iştirak etdiyini sübut edir. Məhz bu kreditlər yerli istehsalın, xidmət sektorunun və innovativ layihələrin həyata keçirilməsinin əsas maliyyə mənbəyidir. İstehlak kreditlərinin (699,93 mln. manat) yüksək payı isə bankın vətəndaşların sosial-iqtisadi ehtiyaclarını ödəməklə daxili tələbatı stimullaşdırdığını və iqtisadi fəallığı artırdığını göstərir. İpoteka kreditlərinin 28,05% sürətli artımı isə daşınmaz əmlak bazarının inkişafına və infrastruktur investisiyalarını stimullaşdırır".

 

Həmçinin ekspert bildirib ki, faiz gəlirlərinin 38,17% artaraq 177,27 mln. manata çatması əsasən kredit portfelinin genişlənməsi (22,15% artımla 861,43 mln. manat) ilə izah olunur:

 

"Xüsusilə, istehlak (20,8%) və ipoteka (28,05%) kreditlərinin sürətli artımı daxili tələbatın canlanması və istehlakçı etimadının yüksəlməsi kimi makroiqtisadi amilləri göstərir. Qeyri-faiz gəlirlərinin 57,35% artımı (21,13 mln. manat) müsbət amildir və bankın komissiya, ödəniş və digər xidmətlər üzrə gəlir bazasını diversifikasiya etdiyini göstərir. Bu, faizdən asılılığı azaldan strateji istiqamətdir. Kapitalın artım tempi (12,90%), bölüşdürülməmiş mənfəətin 111,22 mln. manata çatması kapital bazasının daxili mənbələrlə möhkəmlənməsinə işarədir. “Bank of Baku” kimi aparıcı qurumların möhkəm kapital əsası (175,77 mln. manat), davamlı mənfəətliliyi və şəffaf hesabatlılığı beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir.

 

Eyni zamanda ekspert bildirib ki, bank sektorundakı bu cür dinamik inkişaf (aktivlər, kapital, kreditlər) ölkə iqtisadiyyatında bir sıra sabitləşdirici effektlər yaradır:

 

 Kreditlərin artımı istehsalın genişlənməsi, yeni iş yerlərinin açılması və vətəndaşların alıcılıq qabiliyyətinin yüksəlməsi deməkdir. Bu, ÜDM artımına birbaşa töhfə verir. Möhkəm kapital əsası (175,77 mln. manat) və yüksək bölüşdürülməmiş mənfəət (111,22 mln. manat) bankın xarici təsirlərə və iqtisadi dəyişkənliyə davamlılığını artırır, bu da bütövlükdə maliyyə sisteminin etibarlılığını gücləndirir. Mərkəzi Bankın monetar siyasəti, “Bank of Baku” kimi sabit və inkişaf edən banklar vasitəsilə iqtisadiyyata daha effektiv şəkildə ötürülür. Kredit artımı iqtisadi fəaliyyəti stimullaşdırır.

 

 “Bank of Baku” ASC-nin 2025-ci ildəki maliyyə nəticələri həm də Azərbaycan iqtisadiyyatının rəqəmsal və istehlakçı istiqamətindəki transformasiyasında aktiv iştirakçı kimi strateji rolunu təsdiq edir. Bankın biznes və istehlak kreditləri üzrə genişlənməsi birbaşa olaraq mikro və kiçik biznesin, habelə ailə istehlakının maliyyələşdirilməsinə yönəlib, bu da ölkədə daxili tələbatı və sahibkarlıq iqlimini gücləndirir. Beynəlxalq etimad qazanması bütövlükdə bank sektorumuzun nüfuzunu artırır, xarici investisiyaların axınını asanlaşdırır. Bank sektorunun belə sağlam və dinamik inkişafı Azərbaycanın iqtisadi sabitliyinin, davamlı artımının və sosial rifahının təməl daşlarından biridir".

 

Aişə Mustafeyava 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər