“Bayquş gəldi, yaxud biraz məhəbbətdən danışaq” tamaşasının premyerası keçirilib
21-22 noyabr tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Bayquş gəldi, yaxud biraz məhəbbətdən danışaq” əsəri əsasında səhnələşdirilən tamaşanın premyerası baş tutub.
"İnformator.az" xəbər verir ki, səhnə əsəri Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2025-ci il tarixli “Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası çərçivəsində Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq, dövlət sifarişi ilə hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmə müəllifi Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Qeyd edək ki, tamaşada xalq artistləri Nurəddin Mehdixanlı (Cavanşir), Mehriban Zəki (Zəhra), Sabir Məmmədov (Əkrəm), Əli Nurzadə (Şamil), əməkdar artistlər Mətanət Atakişiyeva (Suğra), Ayşad Məmmədov (Kamil), aktyorlar Elnur Qədirov (Vasif), Nigar Güləhmədova (Nailə), Rada Nəsibova (Nazilə), Məhsəti Tahirzadə (Qız), Rüstəm Rüstəmov (Zöhrab), Elçin Nurəliyev, Əliulla Vəliyev (Aktyor), Kənan Hüseynov və Rəvan Səmədov (Operator) çıxış edirlər.
Ayan Sədi
