Bazarlar FED-in iclas protokollarını gözləyir
ABŞ-də hökumətin bağlanması qlobal bazarlarda qeyri-müəyyənliyi artırıb. Diqqətlər bu gün açıqlanacaq FED-in iclas protokollarına yönəlib.
İqtisadi məlumatların məhdudluğu fonunda analitiklər FED-in gələcək faiz qərarları barədə qeyri-müəyyənliyin artdığını bildirirlər. FED rəsmiləri arasında da fikir ayrılığı qalır - bəziləri faiz endiriminin davamını, digərləri isə inflyasiya riskini vurğulayır.
Qızıl 4 037 dollarla rekord həddə çatıb, Brent nefti 65,7 dollar/barel olub. AMD və IBM-in süni intellekt əməkdaşlıqları bazarlara müsbət təsir göstərib.
Avropada ECB rəhbəri Laqard avronun bahalaşmasını siyasi qeyri-müəyyənliklərlə əlaqələndirib. Asiyada isə Nikkei və Kospi indeksləri geriləyib.
Türkiyədə BIST 100 artıb, TCMB inflyasiya risklərinin davam etdiyini açıqlayıb.
TRT Haber
Aişə Mustafayeva
