00:00:00
Yazar
Admin User
28.04.2023 15:05 272 1 dəq oxuma
Dünya

BBC-nin ukraynalı keçmiş əməkdaşı həlak olub

BBC-nin ukraynalı keçmiş əməkdaşı həlak olub

BBC-nin ukraynalı keçmiş əməkdaşı cəbhədə ölüb.


İnformator.az xarici mediaya istinadən xəbər verir ki, 2022-ci ilin fevralında Rusiya işğalı başlayanda Bondarenko könüllü olaraq orduya yazılıb. Orduda əvvəlcə rabitə mütəxəssisi və media üzrə pedaqoq kimi çalışan Bondarenko sonradan cəbhəyə göndərilib.


Bonderankonun ölümünün təfərrüatları hələlik məlum deyil, amma yaxın dostları onun toqquşmalar zamanı həlak olduğunu deyiblər.

Qeyd edək ki, sözügedən jurnalist 2007-2011-ci illərdə Kiyevdə BBC Ukrainian radio proqramlarında müxbir, aparıcı və redaktor vəzifələrində çalışıb. Daha sonra o, BBC-dən ayrılaraq başqa media qurumlarında işləməyə başlayıb. Bondarenko Rusiya işğalından sonra işlərini atıb vətənini müdafiə etmək üçün orduya qatılan minlərlə ukraynalıdan biri olub.

 

Sayad

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər