BDU-da Bilik Günü qeyd edilib
Bakı Dövlət Universitetində (BDU) yeni tədris ilinin başlanğıcına həsr olunan Bilik Günü tədbiri keçirilib. Mərasim Dövlət Himni ilə açılıb, şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
Çıxış edənlər arasında BDU-nun rektoru Elçin Babayev, Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, həmçinin bir sıra deputatlar olub. Onlar tələbə və müəllimləri təbrik edərək uğurlar arzulayıblar.
Rektor çıxışında Prezident İlham Əliyevin elan etdiyi “Konstitusiya və Suverenlik İli”ni, Konstitusiyanın 30 illiyini və Qarabağ Zəfərinin 5 illiyini vurğulayaraq Azərbaycanın sülh və quruculuq yolunda sürətlə inkişaf etdiyini bildirib. Nazir müşaviri Nicat Məmmədli isə universitetin həm elm, həm də həyat məktəbi olduğunu qeyd edib.
Tədbirdə yüksək bal toplayaraq qəbul olan Çiçək Hümmətli və şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyeva da söz alıblar. Sonda universitetin himni səsləndirilib.
Nigar Həsənzadə
