BDU-da Misirli doktorant Ehab İsmaelin elmi seminarı keçirilib
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının Misirli doktorantı Ehab İsmaelin “Müasir dövrdə medianın beynəlxalq proseslərə təsiri (2010-2025)” mövzusunda elmi seminarı keçirilib.
"İnformator.az" xəbər verir ki, elmi seminarda kafedranın professor-müəllim heyəti, fakültə əməkdaşları maraq göstərib, iştirak ediblər. Seminarda doktorant mövzu ilə bağlı əsas məqamları iştirakçıların diqqətinə çatdırıb. İnternetdə söz azadlığı ilə bağlı rast gəlinən məhdudiyyətlərin səbəbləri xarici ölkələrin kontekstində nəzərdən keçirilib.
Çıxışın sonunda doktorant seminar iştirakçılarının suallarını cavablandırıb.
