BDU-da "Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilk görüşü keçirildi
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilk görüşü keçirildi. İlk dərsin qonağı Əməkdar jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmlidir.
Açılışı Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev etdi. O, qonaqları və iştirakçıları salamlayaraq bildirdi ki, layihənin əsas məqsədi bizim dəyərli müəllimlərimizi sizə yaxından tanıtmaqdır:
“Bu gün biz Jurnalistika fakültəsinin yetirməsi olan Zemfira xanımı dəvət etdik. O, Nəsir İmanquliyevin sevimli tələbələrindən biri olub. Zemfira xanım Nəsir müəllimlə bağlı xatirələrini sizinlə bölüşəcək”, – deyə söz Zemfira Məhərrəmliyə verildi.
Nuray Əliyeva