00:00:00
Yazar
Admin User
16.12.2025 09:58 98 1 dəq oxuma
Mədəniyyət

BDU-da “Tədqiqat işinin dərc edilməsi qaydaları” mövzusunda açıq dərs

BDU-da “Tədqiqat işinin dərc edilməsi qaydaları” mövzusunda açıq dərs

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Tədqiqat işinin dərc edilməsi qaydaları, elmi jurnallarla iş, rəqəmsal tədqiqat məcraları” mövzusunda açıq dərs təşkil olunub.

 

“İnformator.az” xəbər verir ki, dərs Jurnalistika fakültəsinin saathesabı müəllimi Qoşqar Bəylərov tərəfindən keçirilib. Dərsdə həmçinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova və kafedranın müəllim heyəti iştirak edib. 

 

İnteraktiv formatda keçən dərsdə elmi tədqiqatların nəşrə hazırlanması mərhələləri, məqalələrin beynəlxalq və yerli elmi jurnallara təqdim olunması qaydaları, rəy (peer-review) prosesi, elmi etika və plagiat məsələləri ətraflı izah edilib.

 

Eyni zamanda, rəqəmsal tədqiqat platformaları, elmi indekslər, açıq giriş (open access) jurnalları, tədqiqatçı profillərinin (ORCID, Google Scholar və s.) yaradılması barədə praktik məlumatlar verilib.

 

Qeyd edək ki, açıq dərsdə tələbələrin və gənc tədqiqatçıların sualları cavablandırılıb, real nümunələr əsasında müzakirələr aparılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər