Əbdülnasir Hemmati: İranın neft ixracı demək olar ki, tamamilə dayanıb
Hazırkı şərtlər altında İranın neft ixracı faktiki olaraq dayandırılıb.
Bunu İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemmati bildirib.
Mövzu ilə bağlı iqtisadçı Elçin Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, Hörmüz boğazının bağlanması İranın və digər Fars Körfəzi ölkələrinin neft ixracına mənfi təsir edir:
“İran tək neft yox, digər məhsulları da ixrac edir. Əlavə olaraq, neft ixracının Fars Körfəzindən başqa alternativ marşrutları da ola bilər. İran uzun illərdi sanksiyalar altında yaşamağa məcbur qalıb və onun təxminən 100 milyard ABŞ dolları həcmində valyuta ehtiyatları dondurulub. Bunu nəzərə alaraq, mövcud vəziyyət İranın iqtisadiytatına mənfi təsir etsə də, çox ciddi zərbə vurmayacağı qənaətdindəyəm”.
Güllər Gülhüseynova