00:00:00
Yazar
Elmira Ağayeva
30.07.2026 22:07 26 2 dəq oxuma
Maraqlı

"Beauty Pie" təsisçisi universiteti yarımçıq qoyub beş uğurlu biznes qurub

"Beauty Pie" təsisçisi universiteti yarımçıq qoyub beş uğurlu biznes qurub

Dünyaca məşhur Beauty Pie brendinin təsisçisi Marcia Kilgore uğura aparan yolundan danışaraq sahibkarlıq fəaliyyətində ona kömək edən əsas prinsipləri bölüşüb.


57 yaşlı sahibkar bildirib ki, biznes qurmaq arzusu onda hələ uşaqlıq illərində ailəsinin yaşadığı maliyyə çətinliklərini gördükdən sonra yaranıb. Onun sözlərinə görə, gələcəkdə maddi sıxıntılar səbəbindən narahat həyat yaşamaq istəmədiyi üçün öz biznesini qurmağa qərar verib.

Kilgore təhsil almaq üçün Kanadadan ABŞ-yə köçərək Kolumbiya Universitetinə qəbul olsa da, təhsil haqqını ödəyə bilmədiyi üçün universiteti yarımçıq qoymalı olub. O, əvvəlcə şəxsi məşqçi kimi çalışıb, axşam saatlarında isə gözəllik sahəsində təhsil alıb. Daha sonra bu sahədə istedadını kəşf edərək karyerasını gözəllik sənayesində davam etdirib.

 

Sahibkar qeyd edib ki, biznesin bütün mərhələlərini yaxından öyrənməsi sonradan öz şirkətlərini qurarkən ona böyük üstünlük qazandırıb. Onun sözlərinə görə, sahibkar fəaliyyət göstərdiyi sahəni dərindən bilməli və qarşılaşa biləcəyi problemləri özü həll etməyi bacarmalıdır.

Kilgore hesab edir ki, uğurlu biznes ideyası insanların diqqətini cəlb etməli və onun faydası bir cümlə ilə izah oluna bilməlidir. O, həmçinin sahibkarları ideyalarını böyük sərmayə yatırmazdan əvvəl hədəf auditoriya üzərində sınaqdan keçirməyə çağırıb.

Onun fikrincə, müasir dövrdə süni intellekt yeni biznes quranlar üçün böyük imkanlar yaradır. Süni intellekt sahibkarlara ideyalarını təhlil etməyə, çatışmazlıqları müəyyənləşdirməyə və daha düzgün qərarlar verməyə kömək edə bilər.

Marcia Kilgore uğurun yalnız maliyyə ilə ölçülmədiyini də vurğulayıb. O bildirib ki, insan həyatının sonunda gördüyü işlərdən peşman olmamaq üçün həm cəmiyyətə fayda verən layihələr seçməli, həm də ailəsinə vaxt ayırmağı unutmamalıdır.


Nuray Əliyeva

#Beautypie #maraqlı #MarciaKilgore
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər