00:00:00
Yazar
Admin User
10.06.2024 06:18 409 1 dəq oxuma
Sosial

"Belə hallar düşüncə qüsurudur"

"Belə hallar düşüncə qüsurudur"

"İnsanların daha çox estetik əməliyyatlara müraciət etməsi özgüvənsizlik və psixoloji pozuntuların nəticəsidir". Bu sözləri "İnformator.az"-a açıqlamasında Ailə və Uşaq psixoloqu Aynur İsmayılova bildirib.

 

Psixoloq bu kimi halların düşüncə ilə bağlı qüsurlardan qaynaqlandığını bildirib.

 

"Eyni zamanda daha çox qızlarda bu kimi halların baş verməsi ana ilə bağlıdır. Ana yeniyetmə qızının zövqünü, bədənini tənqid edirsə, övladının standartlara uyğun olmadığını bildirirsə, həmin qız böyüdükcə özündə çox qüsur olduğunu düşünür. Nəticə etibarilə həmin şəxslər estetik əməliyyatlara müraciət edirlər. Belə halların-bədən barəsində özgüvənsizliyin bünövrəsi yeniyetməlikdə qoyulur. Getdikcə isə gənclərdə bu vərdiş halını alır".

 

Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər