Belarus və Rusiya arasında ticarət rekord həddə çatacaq
Belarus və Rusiya arasında ticarət dövriyyəsi bu il rekord həddi - 60 milyard dolları keçə bilər.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, ticarətinin artımı hər iki ölkədə iqtisadiyyatı stimullaşdırır iqtisadi aktivliyinin genişlənməsinə gətirib çıxarır:
"İxrac edən ölkələrdə bu birbaşa ümummüdaxili məhsulun artımına gətirib çıxarır. İki ölkə arasındakı saldo hansı ölkənin xeyrinədirsə, həmin ölkənin ümummüdaxili məhsulu daha da böyüdür, amma istənilən idxal-ixrac əməliyyatlarının genişlənməsi həm ümumi iqtisadi aktivliyə müsbət təsir göstərir, həm də ölkələr daxilində olan məhsul bolluğu istehlakçılar üçün daha əlverişli seçim etməsinə gətirib çıxarır. Bütün ölkələr çalışır ki, özləri üçün qonşu və strateji ölkələrlə ticarəti artırsınlar. Çünki qonşu dövlətlər arasında ticarətin genişlənməsi ciddi həmin ölkələrin rəqabət qabiliyyətliliyinə müsbət təsir göstərir".
Günel Əlili
