Belçikada ötən il kimsəsiz miqrant uşaq sayında rekord yaşanıb
Belçikada 2022-ci ildə kimsəsiz miqrant uşaqların rekord sayı qeydə alınıb.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən il Belçikada 6434 sığınacaq axtaran uşaq qeydə alınıb. Bu, 30 faiz olmaqla indiyə qədər müşahidə edilən ən yüksək rəqəmdir. Bu barədə Belçikanın immiqrasiya və sığınacaq naziri Nikol de Moor parlamentdəki çıxışı zamanı məlumat verib. Bu uşaqların 2200-nün 11-15 yaş arasında olduğunu qeyd edən Mur yeni sığınacaqların açılmasının zəruri olmadığını bildirib.
Qeyd edək ki, Belçikada sığınacaq çatışmazlığı ilə bağlı uzun müddətdir davam edən böhran müzakirə mövusudur. Qaçqınların qəbul mərkəzləri dolu olduğundan bu insanlar yaşından və cinsindən asılı olmayaraq küçələrdə yatmağa məcbur olurlar.
Aydan
