00:00:00
Yazar
Admin User
23.01.2015 11:14 787 1 dəq oxuma
Dünya

Belçikalı siyasətçidən İslama ağır təhqir

Charlie Hebdo jurnalına hücumdan sonra İslama qarşı daha bir təhqir sədası Belçika parlamentindən gəlib
Belçikalı siyasətçidən İslama ağır təhqir

İrqçi və İslam əleyhinə olan keçmiş "Flaman mənfəəti" partiyasının lideri Filip Dewinter Belçika parlamentində "Məscidlər və radikallaşma" mövzusunun müzakirəsi zamanı Belçikanın Daxili İşlər naziri Jan Jambona sual vermək üçün kürsüyə çıxıb. Çıxışı zamanı əlindəki Quranı havaya qaldıraraq "Bütün pisliklərin səbəbi, bütün pisliklərin mənbəyi" - deyib.

Dewinter "öldürmək icazəsinin" Qurandan alındığını bildirərək Belçika hökümətinin ölkədə olan məscidləri maliyyələşdirməsinə və xaricdən gələn imamların vəzifəyə təyin edilməsinə qarşı çıxıb.

Daxili İşlər naziri Jan Jambon isə irqçi siyasətçinin çıxışını qınayaraq, "Bu ölkədə çox sayda insanın hörmət etdiyi və müqəddəs bildiyi kitabı burada əlinizlə havaya qaldıraraq yelləyirsiniz və bütün cəmiyyəti təhqir edirsiniz" - deyə çıxış edib. Jambon Belçikadakı müsəlmanlar arasında radikalların olduğunu və bunlarla birlikdə mübarizə aparmaq istyədiklərini, lakin Filip Dewinterin İslamla bağlı sözlərinə qoşulmadığını bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər