00:00:00
Yazar
Admin User
13.10.2025 18:16 156 2 dəq oxuma
İqtisadiyyat

“Belqrad artıq alternativ mənbələr üzərində ciddi işləməlidir”

“Belqrad artıq alternativ mənbələr üzərində ciddi işləməlidir”

Serbiya Prezidenti Aleksandar Vuçiç bəyan edib ki, Rusiyanın qazla bağlı son qərarı ölkəsinin enerji planlarına mənfi təsir göstərib. Onun sözlərinə görə, Serbiya artıq yeni enerji mənbələri və təchizat istiqamətləri axtarmağa məcburdur.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın qərarı Serbiya iqtisadiyyatında enerji asılılığını daha açıq şəkildə üzə çıxarıb və bu vəziyyət yaxın illərdə ölkənin enerji strategiyasının tam yenilənməsini tələb edir:

 

“Serbiya uzun illər ərzində enerji ehtiyaclarını əsasən Rusiyadan aldığı ucuz təbii qaz hesabına təmin edib. Lakin Moskvanın son qərarı bu modelin davamlı olmadığını göstərib. Qaz qiymətlərinin artması sənaye və kommunal sektorda istehsal xərclərini artıracaq, bu isə ümumi iqtisadiyyata təzyiq yaradacaq. İnflyasiyanın artması və enerji xərclərinin yüksəlməsi, eyni zamanda xarici sərmayələrin azalması ilə nəticələnə bilər. Buna görə də Belqrad artıq alternativ mənbələr üzərində ciddi işləməlidir. Serbiya üçün iki əsas çıxış yolu mövcuddur. Birincisi, Azərbaycan və Cənub Qaz Dəhlizi vasitəsilə qaz idxalının artırılmasıdır. Bu istiqamətdə Bolqarıstan-Serbiya interkonnektorunun istifadəyə verilməsi mühüm hadisə idi. İkincisi isə Yunanıstan və Xorvatiyadakı LNG terminallarından maye qaz idxalıdır. Bu addımlar Serbiyaya Avropa qaz bazarına birbaşa çıxış imkanı yaradacaq. Serbiyanın bu istiqamətdə atacağı addımlar yalnız ölkə üçün deyil, ümumilikdə Avropanın enerji xəritəsi üçün də önəmlidir. Rusiyadan asılı olan ölkələrin alternativ mənbələrə yönəlməsi Avropada enerji diversifikasiyasını gücləndirir. Bu, Rusiya qazının payının azalması, Cənubi Qafqaz və Norveç kimi regionların əhəmiyyətinin artması deməkdir. Nəticədə, Avropanın enerji təhlükəsizliyi daha dayanıqlı hala gələcək. Serbiya üçün bu mərhələ sadəcə enerji siyasətinin deyil, həm də iqtisadi sabitliyin yenidən qurulması prosesidir. Vuçiçin bəyanatı isə ölkənin yeni enerji strategiyasına keçidin başlanğıcı kimi qiymətləndirilə bilər”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər