00:00:00
Yazar
Admin User
06.01.2026 13:23 83 1 dəq oxuma
İqtisadiyyat

Benzin və dizelin qiyməti artırılıb

Benzin və dizelin qiyməti artırılıb

 

Azərbaycanda yanacaq qiymətlərində növbəti artım qeydə alınıb. Qərara əsasən, Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 5 qəpik, dizel yanacağının qiyməti isə 10 qəpik yüksəldilib. Bu dəyişiklik avtomobil sahibləri ilə yanaşı, daşımalar, ictimai nəqliyyat və ümumilikdə bazar qiymətlərinə təsir göstərə biləcək amil kimi qiymətləndirilir. Bahalaşma cəmiyyətdə müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, qalxmadan hər kəs narazıdır, hər kəs şikayət edir:

 

“Vətəndaşların 90%-i Aİ-92 markalı benzindən istifadə edir. Vətəndaşın benzin xərci artacaq. Aylıq benzinə ödədiyi xərc təqribən 4,6 faiz artacaq. Dizel qiymətlərinin artması daşıma qiymətlərinin artmasına yol açacaq. Dizelin təsiri daha ciddi olacaq. Benzin yanacağının artımının qiyməti daha çox istehlakçılara təsir edir. Dizelin artması isə hamıya, maşını olmayanlara da təsir edir. Daşıma xərci əhəmiyyətli olan məhsullarda son qiymətlərdə dəyişəcək. Kənd təsərüfatı məhsullarının həm yetişdirilməsində, həm də daşınmasında dizel yanacağından istifadə olunur. Parniklərin xərcləri artacaq. Tikinti sektorunda da artım olacaq”.

 


Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər