00:00:00
Yazar
Admin User
08.05.2015 08:34 599 2 dəq oxuma
Siyasət

"Berlin Tv" Şuşa şəhərinin işğalı ilə bağlı reportaj hazırlayıb

Almaniyanın “Berlin TV” kanalı Şuşanın işğal günü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş reportaj yayımlayıb.
"Berlin Tv" Şuşa şəhərinin işğalı ilə bağlı reportaj hazırlayıb

Almaniyanın “Berlin TV” kanalı Şuşanın işğal günü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş reportaj yayımlayıb.

Azərbaycana dair mühüm tarixi əhəmiyyətli faktların əks olunması ilə başlayan reportajda, 28 may 1918-ci ildə Türk və müsəlman dünyasının ilk demokratik respublikası olan Azərbaycan Xalq Cumhuriyyətinin qurulduğu zaman ərazisinin 114 min km2 təşkil etdiyi, Sovet hökuməti elan olunduqdan sonra  isə ərazilərinin böyük bir qisminin bolşeviklərin təzyiqi altında Ermənistana güzəştə gedilməsi, 1992-ci ildə erməni vandalları tərəfindən törədilən Xocalı soyqırımı haqqında
məlumat verilir. Reportajda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Milli Məclis sədrinin müavini Bahar Muradova və məcburi köçkün Ərşad Piriyevin münaqişə və onun həlli istiqamətində görülən işlər barədə mövqeyi əks olunur.

Azay Quliyev ölkəmizin münaqişənin danışıqlar və sülh yolu ilə həllini tərəfdarı olduğunu, ancaq Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması barədə BMT Təhlülkəsizlik Şurasının 4 qətnaməsinin 20 ildən artıq müddətdə icra olunmadığını bildirib.

Azay Quliyev açıqlamasında münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunu fəaliyyətsizlkdə ittiham edərək onun təcavüzkar ilə təcavüzə məruz qalan ölkə arasında fərq qoymadığını  və əldə etdiyi vasitəçilik mandatından lazımınca istifadə etmədiyi üçün sərt tənqid
eidb. Daha sonra millət vəkili ATƏT-in Minsk Qrupunun həmsədrlərinin tərkibinə yenidən baxılmasını  (ABŞ, Rusiya və Fransa) Almaniya və Türkiyənin bu tərkibə daxil edilməsinın vacibliyini qeyd edib və bunun problemin həllinə müsbət təsir edəcəyini deyib.

Şura sədri rəsmi Bakının Dağlıq Qarabağa Azərbaycanın tərkibində  ən yüksək muxtariyyət statusu və orada yaşayan erməni icmasının  və geri qayıdacaq azərbaycanlıların birgə  təhlükəsiz yaşamasına zəmanət verməyə hazır olduğunu xüsusi olaraq vurğulayıb. Azay Quliyev ABŞ və
Avropa İttifaqının Ukraynaya göstərdiyi münasibətin və diqqətin Dağlıq Qarabağ münaqişəsinin həllinə  göstərməməsindən təəssüfləndiyini  və işğalçı Ermənistana qarşı müvafiq  sanksiyaların
tətbiqin vacibliyini vurğulayıb.

Milli Məclis sədrinin müavini Bahar Muradova da öz növbəsində Ermənistanın Azərbaycan torpaqları olan Dağlıq Qarabağı özünə birləşdirmək istiqamətində addımlarının fayda vermədiyi üçün onu
müstəqil subyekt kimi tanıtmaq cəhdləri və bunun yolverilməzliyinin Azərbaycan tərəfindən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığı, Dağlıq Qarabağ və 7 ətraf rayon daxil olmaqla Azərbaycanın 20 % ərazisinin işğal altında olması və münaqişə nəticəsinə azərbaycanlıların məruz qaldığı etnik təmizləmə siyasəti, bu ərazilərdəki mədəniyyət abidələrinin dağıdılması və bir milyona yaxın azərbaycanlının məcburi köçkün və qaçqına çevrilməsi faktını diqqətə çatdırıb. 

Məcburi köçkün Ərşad Piriyev isə münaqişə nəticəsində şahidi olduğu erməni vəhşiliyi, yurd-yuvalarından necə didərgin salındıqları barədə acı xatirələrini və dövlətin məcburi köçkünlərə göstərdiyi qayğıdan danışıb.









#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər