Berluskoni reanimasiyadan buraxılıb
İtaliyanın keçmiş baş naziri və sağ mərkəzçi Forza İtaliya Partiyasının rəhbəri, ağciyər infeksiyası səbəbindən xəstəxanada müalicə alan Silvio Berluskoninin reanimasiyadan evə buraxılıb.
İnformator.az İtaliya mətbuatında yer alan xəbərlərə əsasən bildirir ki, aprelin 5-dən Milanda San Raffaele xəstəxanasında ağciyər infeksiyası diaqnozu ilə "xroniki leykoz" diaqnozu qoyulan 86 yaşlı Berluskoni reanimasiyadan çıxarılıb. 11 gün ərzində reanimayda qalan Berluskonin bir müddət də xəstəxanada saxlanılacağıb bildirilib.
Həftə əvvəlində həkimlərin verdiyi açıqlamada siyasətçinin sağlamlıq durumu ilə bağlı nikbin olduqlarını və müalicəyə reaksiya verdiyini ifadə ediblər.
Qeyd edək ki, Berluskoni 2016-cı ildə ürək əməliyyatı keçirərkən prostat xərçənginə qalib gəlib. 2020-ci ildə koronavirusa yoluxan Berluskoni son illərdə dəfələrlə xəstəxanaya yerləşdirilib.
Aydan
