00:00:00
Yazar
Admin User
06.11.2025 13:56 190 1 dəq oxuma
Mədəniyyət

“Beş ilin zəfər sədası” BDU-da səslənib

“Beş ilin zəfər sədası” BDU-da səslənib

Bu gün Bakı Dövlət Universitetində “Beş ilin zəfər sədası” adlı tədbir keçirilib. Tədbir Vətən müharibəsində qazanılan şanlı zəfərə həsr olunub.

 

Tədbirdə çıxış edənlərdən biri İlham Zəkiyev olub. I Qarabağ müharibəsinin qazisi, həmçinin əməkdar məşqçi İlham Zəkiyev çıxışında döyüş zamanı gördüklərini və qələbənin əhəmiyyətindən danışaraq gənclərə vətənpərvərlik və birlik çağırışı edib.

 

Silahlı Qüvvələrin ehtiyatda olan zabiti, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin magistratura tələbəsi leytenant Vasif Qəhrəmanov da tədbirdə çıxış edib. Vasif Qəhrəmanov II Qarabağ müharibəsinin iştirakçısıdır və döyüş xatirələrini tələbələrlə bölüşüb,gəncləri vətənpərvər olmağa çağırıb.

 

Tədbirdə nağara ritmləri və oğlanlardan ibarət rəqs kompozisiyası tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Həmin səhnələrin bədii rəhbəri Yusif Məmmədov olub.

 

Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi Nuray Quliyeva və xüsusi qonaq Cavidan Fatihi mahnı ifaları ilə tədbirə rəng qatıb. Tədbirdə Azərbaycan Respublikasının əməkdar artisti Elnur Zeynalov mahnılarını səsləndirib.BDU-nun əməkdaşı Sona Nəriman qızı da çıxış edərək öz musiqi nömrələrini təqdim edib.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər