00:00:00
Yazar
Zəhra Həsənova
16.05.2026 14:05 71 2 dəq oxuma
İqtisadiyyat

"Beynəlxalq geosiyasi alver gedir" - İQTİSADÇI

"Beynəlxalq geosiyasi alver gedir" - İQTİSADÇI

Rusiya Prezidenti Vladimir Putin Mayın 20-i Çinə səfər edəcək. Səfərin iqtisadi tərəfləri beynəlxalq aləmdə müzakirələr yaradıb. 


Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya Prezidenti Putinin Çinə gözlənilən səfəri, Tramp'ın Çin səfərindən həmən sonra olması ondan xəbər verir ki, ciddi müzakirə və beynəlxalq geosiyasi alver gedir:

 

"Çin anlayır ki, keçmişdə Amerikanın Çinə etdiyini indi Rusiya ilə etmək istəyir. Henry Kissingerin layihəsinə uyğun olaraq Amerikanın yaratdığı geosiyasi reallıq o oldu ki, Çin və Rusiyanın arası tamamilə vuruldu, nəticədə, Çin-Amerika münasibətləri yeni çox görünməyən mərhələyə qədəm qoydular. Bu gün Çinin kəskin sürətlə inkişaf etməsinin səbəbi, təməli Amerika ilə münasibətlərdən sonra qoyulub. Geosiyasi gərginliklər fonunda və dünyada beynəlxalq hüququn işləmədiyi bir zamanda həm Rusiya, həm ABŞ, həm də Çin özlərinin yeni rolunu və yerini axtarırlar. Çinin də ehtiyat etdiyi məsələ bundan ibarətdir ki, günün birində Rusiya ABŞ ilə yaxın münasibətləri önəmli sayaraq Çinlə olan münasibətlərdə müəyyən azalmaya gedə bilər. Rusiya da qəribə hisslər keçirir. ABŞ ilə Çin anlaşa bilər və Rusiya oyundan kənarda qala bilər. Bu, bütün geosiyasi problemlər fonunda baş verən səfərlərdir və bu səfərlərin də öz məntiqi var. Ona görə də, indidən söyləmək çətindir, hansı məsələlərdə irələyiş əldə olunacaq. Amma görünən odur ki, ABŞ həm Rusiyaya, həm də Çinə bir-birilərinə qarşı ola biləcək təkliflər irəli sürüblər. İndi hər iki ölkə o təklifləri dəyərləndirməyə çalışacaq".


Zəhra Həsənova

#Putin #Çin #siyasət #iqtisadiyyat
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər