00:00:00
Yazar
Zəhra Həsənova
22.04.2026 20:56 83 2 dəq oxuma
Sosial

"Bilet almışam, getmək alınmır" - Pulumu geri ala bilərəm?

"Bilet almışam, getmək alınmır" - Pulumu geri ala bilərəm?

Səyahət planları bəzən gözlənilmədən dəyişə bilir və artıq alınmış aviabiletdən istifadə mümkün olmur. Belə hallarda sərnişinləri ən çox maraqlandıran məsələ isə ödənilən məbləğin geri qaytarılıb-qaytarılmamasıdır. Biletin qaytarılması şərtləri isə əsasən aviaşirkətin qaydalarından və biletin növündən asılı olur.

 

Mövzu ilə bağlı vəkil Araz Nurməmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, uçuşdan sonra biletin geri qaytarılması və ya pulun geri alınması mümkün deyil:

 

"Təyyarə biletlərinin geri qaytarılma imkanı bir neçə amildən asılıdır. Burada baxmaq lazımdır ki, biletin tarifi nədən ibarətdir.Yəni "refundable" qaytarıla bilən biletlər var,  müəyyən bir rüsum ödəməklə və ya heç bir ödəniş etmədən də bu biletləri geri qaytarmaq mümkündür. Həmçinin "non- refundable" yəni qaytarılmayan biletlər də mövcuddur. Bu biletlər adətən ucuz biletlər olur yəni "low cost " uçuşlara aiddir. Bu biletlərin geri qaytarılması isə mümkün olmur. Bir də dəyişdirilə bilən biletlər vardır. Burada pulu geri qaytarmaq və ya biletin tarixini dəyişmək də mümkün olur. Vaxt məhdudiyyətinə gəldikdə isə, uçuşa nə qədər çox vaxt qalıbsa, biletin geri qaytarılma şansı bir o qədər yüksək olur. Məsələn, Azal da vəziyyət belədir, tarifə görə qaydalar müəyyən olunub. Paket və ya promokodlar var və bunlar ucuz tariflərdir. Bir qayda olaraq bu biletlər geri qaytarılmır. Amma bəzi hava limanı rüsumlarından geri almaq olar, məbləğ bir qədər az olur. Məsələn, ekonom klasslarda biletin qaytarılmasına icazə verilir, amma müəyyən cərimə tutulur. Biznes klass da isə vəziyyət bir qədər yaxşıdır. Çünki geri qaytarılma olduqda, ödənişin böyük hissəsini və ya bəzən tam hissəsini də cəriməsiz qeydə almaq olur. Burada vaxtın əhəmiyyəti böyükdür. Uçuşa 24 saatdan çox qalmış olanda  tutulan cərimə az olur, amma 24 saatdan az olduqda isə cərimə məbləği artır. Adətən biletin qiyməti 25-50 faizə qədər olur. Amma uçuşdan sonra isə biletin geri qaytarılıb, pulun geri alınması mümkün deyil. Sağlamlıqla bağlı problem yarandıqda isə  tibbi arayış təqdim etmək lazımdır. Bu zaman biletin tarixini dəyişmək mümkündürsə dəyişmək, dəyişmək mümkün olmadıqda isə pulun geri qaytarılmasını tələb etmək olar. İlk olaraq baxmaq lazımdır ki, həmin biletin qaytarılma perspektivi var ya yox. Adətən biletləri  üzərində "refundable" və ya "non-refundable" yazılır, əgər "non-refundable" yazılıbsa, həmin bilet geri qaytarılmır. Burada vacib olan geri qaytarılma şərtinin tərəflər arasında müəyyən olmasıdır. Çünki təyyarə biletləri elədir ki, bilet almaqla şirkət arasında şifahi bir müqavilə bağlanılır. Müqavilənin şərti də həmin biletin qaytarıla bilməməsidirsə, bu halda biletin geri qaytarılmasından söhbət gedə bilməz".

Samirə Allahverdizadə

#"bilet #getmək #ala #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər