Bir il ərzində dişlərinizi fırçalamasanız, nə baş verər?
Dişləri hər gün fırçalamaq ağız boşluğunun sağlamlığını qoruyur. Əgər ağız boşluğunu təmizləməyi dayandırsanız, zərərli bakteriyalar sürətlə çoxalmağa başlayır. Cəmi bir neçə gün ərzində diş ətləriniz qanamağa və ağrımağa başlayır.
Bir aydan sonra bakteriyalar diş minasını zədələyərək dişlərdə boşluqlar yaradır. Bu boşluqlar kariyes adlanır. Əgər bir il ərzində dişlərinizi fırçalamasanız, dişlərinizi itirə bilərsiniz. Bundan əlavə, bakteriyalar qan dövranına daxil olaraq ürək, beyin və digər orqanlarda sağlamlıq problemlərinə səbəb ola bilər.
Gündə iki dəfə dişləri fırçalamaq ağız boşluğunu təmiz saxlayır, dişləri qoruyur və orqanizmin sağlam qalmasına kömək edir. Ağız boşluğunun sağlam qalması üçün onun gündəlik təmizlənməsi vacibdir.
Cəmi bir neçə gün ərzində dişlərin üzərini yapışqan bakterial ərp örtür, diş ətləri isə şişir və qanamağa başlayır. Bu xəstəliyin ilkin mərhələsi gingivit adlanır. Bir aydan sonra bakteriyalar diş minasını parçalayır və kariyes yaradır. Əgər bir il ərzində dişlərinizə qulluq etməsəniz, infeksiya daha da ağırlaşır. Diş ətləri dişlərdən ayrılır, dişləri saxlayan sümük toxuması zəifləyir və nəticədə dişlər tökülə bilər.
Ağız boşluğunun gigiyenasına əməl etmədikdə, ağızdakı faydalı bakteriyalarla zərərli mikroorqanizmlər arasındakı tarazlıq sürətlə pozulur. Cəmi bir neçə gün ərzində zərərli bakteriyalar çoxalaraq diş ərpi adlanan yapışqan təbəqə əmələ gətirir. Bu ərp diş ətlərini qıcıqlandırır, nəticədə qanama və iltihab yaranır. Bu, gingivit adlanan xəstəliyin ilkin mərhələsidir.
Bir ay ərzində bakteriyalar güclü turşular ifraz edərək diş minasını aşındırır və ağrılı kariyeslərə səbəb olur. Bir neçə ay ərzində müalicə edilmədikdə, gingivit daha ağır mərhələyə – parodontitə çevrilir. Bu xəstəlik yumşaq diş əti toxumalarına zərər verir və diş ətlərinin dişlərdən ayrılmasına səbəb olur.
Bir il ərzində ağız boşluğu təmizlənmədikdə, xroniki infeksiya dişlərin altındakı sümük toxumasını məhv edir. Nəticədə dişlər laxlayır və tökülür. Daha təhlükəlisi isə zədələnmiş diş ətlərinin zərərli bakteriyaların qan dövranına daxil olmasına şərait yaratmasıdır. Bu mikroorqanizmlər qan vasitəsilə orqanizmin müxtəlif nahiyələrinə yayılaraq ürək xəstəlikləri, diabet və Alsheymer xəstəliyi kimi yaddaş pozğunluqları da daxil olmaqla ciddi sağlamlıq problemlərini ağırlaşdıra bilər.
News in Levels
Aysun Xəlilova