Bir neçə gün sonra "Atletik"i təhlil edəcəyik
Belə futbolçular komandaya əlavə fayda verir. Hazırda bütün oyunçuların yeri var.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Kəpəz”ə 1-0 qalib gəldikləri oyundan sonra yeni transfer Kamilo Duranın potensialından və legionerlərin hazırkı formalarından danışarkən deyib.
“Atletik”ə qarşı oyun üçün bir neçə gün sonra təhlillərə başlayacağıq”, - Q.Qurbanov qeyd edib.
