Bir notun ömrü
Musiqi bəzi insanlar üçün sadəcə səslərin birləşməsidir, amma İsa Məlikov üçün o, həyatın nəfəsidir. O, notları kağız üzərində deyil, insanların qəlbində yazmağı bacaran sənətkarlardandır. Hər melodiyası bir hekayə, hər aranjımanı bir duyğunun tərcüməsidir.
İllər boyu Azərbaycan musiqisinə gətirdiyi yenilik, fərqli baxış və zövq dolu tərzi onu müasir səhnəmizin ən önəmli simalarından birinə çevirib. Onun əsərlərində klassikanın zərifliyi ilə müasirliyin enerjisi qovuşur. Bu da təsadüfi deyil, çünki o, musiqiyə bir sənət, bir missiya kimi baxır.
Bu gün İsa Məlikovun doğum günüdür. O gün ki, musiqi bir az da mehriban səslənir, səhnə bir az da işıqlı görünür. Çünki yaradıcılığı ilə təkcə mahnılar deyil, nəsillər yetişdirən bir insanın doğum günüdür bu.
Ad günün mübarək, İsa Məlikov, sənin musiqin hələ uzun illər insanların ürəyində səslənəcək.
Banuçiçək Məmmədova
