00:00:00
Yazar
Lalə Qafarova
07.08.2026 22:56 96 2 dəq oxuma
Araşdırma

Bir toxunuşla yanılma: Səhvən köçürülən pulu geri almaq mümkündür?

Bir toxunuşla yanılma: Səhvən köçürülən pulu geri almaq mümkündür?

Onlayn ödəniş sistemi maliyyə əməliyyatlarını saniyələrə endirsə də, səhv etmək riskini bir o qədər artırır. Bir rəqəm yanılması nəticəsində pulunuz naməlum istiqamətə yönələ bilər. Bəs bu pulu geri qaytarmaq mümkündür?

 

Rəşad Əliyev – hüquqşünas

 

"Əgər bank kartına səhvən pul köçürülübsə, bu halda ilkin olaraq banka müraciət etmək lazımdır. Və bank həmin pul köçürülən şəxsə pulun qaytarılmasını təklif edir. Əgər şəxs razılaşarsa, bu halda problem həll olunur. Yox əgər şəxs razılaşmırsa, bu halda artıq şəxsin məhkəməyə müraciət etmək hüququ yaranır. Çünki həmin pul köçürülən şəxsin bu halda nə inzibati, nə də cinayət məsuliyyəti yaranır". 

 

"Bank sirri haqqında" qanuna görə, müştəri məlumatları açıqlanmır. Bu səbəbdən zərərçəkən məhkəmə vasitəsilə qarşı tərəfin kimliyini öyrənib, əsassız varlanma iddiası qaldırmalıdır. Bəs vətəndaşlar analoji hallarla qarşılaşanda necə davranırlar? 

 

1. Mənim valideynlərimin kartına atılıb pul. Biz sonra banka müraciət etdik, dedilər ki, 2 gün ərzində sizə qaytarılacaq. 48 saat sonra qaytarılıb bizə pul.

2. Sadəcə olaraq səhv göndərib, qaytarmaq lazımdır.

3. Yox, xərcləmərəm, saxlayaram. Bir müddət gözləyərəm ki, kimsə əlaqəyə keçsin. 

 

Azərbaycan Banklar Assosiasiyasından isə bildirildi ki, qanunvericiliyə görə, istifadəçinin səhvi ucbatından edilən yanlış ödənişə görə bank cavabdehlik daşımır. Bank müştərinin müraciəti ilə qarşı tərəflə əlaqə saxlayıb pulun könüllü qaytarılmasına dəstək ola bilər. Lakin rəsmi məhkəmə və ya hüquq-mühafizə orqanlarının qərarı olmadan bankın vəsaiti birtərəfli qaydada dondurmaq və ya hesabdan silmək səlahiyyəti yoxdur.

 

Lalə Qafarova, Röyal Əsədov, AZTV XƏBƏR

#AzTVXƏBƏR #bank #pul #səhv #gerialmaq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər