00:00:00
Yazar
Səadət Əlizadə
11.07.2026 10:25 86 1 dəq oxuma
İqtisadiyyat

“Bitcoin”in qiyməti 64 min dolları ötüb

“Bitcoin”in qiyməti 64 min dolları ötüb

Son 24 saat ərzində kriptovalyuta bazarında əsasən müsbət dinamika müşahidə olunub.

 

“İnformator.az” xəbər verir ki, bazarın lideri olan Bitcoin (BTC) son 24 saatda 0,04% bahalaşaraq 64 118,92 ABŞ dollarına yüksəlib.

 

Əsas altkoinlərdən Ethereum (ETH) 1,13% artaraq 1 797,05 ABŞ dollarına, BNB isə 0,43% ucuzlaşaraq 575,04 ABŞ dollarına enib.

 

Digər əsas kriptovalyutalardan XRP 0,24%, Solana (SOL) 1,69%, TRON (TRX) isə 0,69% dəyər itirib. Eyni zamanda, Dogecoin (DOGE) 0,35% bahalaşıb, Hyperliquid (HYPE) isə 2,32% ucuzlaşıb.

 

Qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 2,2 trilyon ABŞ dollarına yüksələrək son 24 saatda 0,28% artıb.

#ötüb #xəbər #gündəm #“bitcoin”in
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər