00:00:00
Yazar
Lalə Qafarova
29.05.2026 21:21 19 2 dəq oxuma
Siyasət

BMT Baş katibinin müavini: Azərbaycanla daha dərin əməkdaşlıq üçün zəmin yaranıb

BMT Baş katibinin müavini: Azərbaycanla daha dərin əməkdaşlıq üçün zəmin yaranıb

BMT Baş katibinin müavini Amina Mohammed Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Görüş zamanı Azərbaycanın COP29 Sədrliyi çərçivəsində əldə etdiyi nəticələr və Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi yüksək qiymətləndirilib. Tərəflər həmçinin BMT ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Azərbaycan siyasətində mühüm və diqqətçəkən məqamlar müşahidə olunur:

 

"Azərbaycanın həyata keçirdiyi siyasət həm bölgənin, həm də qlobal təhlükəsizliyin təmin olunması, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ölkənin bu istiqamətdəki rolu və potensialını "United Nations" də yüksək qiymətləndirir.  Eyni zamanda, Azərbaycanın son illərdə BMT-nin xüsusi önəm verdiyi bir sıra qlobal layihələrdə fəal iştirakı da bunu təsdiqləyir. Bu sırada COP29, eləcə də World Urban Forum kimi beynəlxalq platformaları qeyd etmək olar. Bu təşəbbüslər müxtəlif sahələri əhatə etsə də, yekun etibarilə qlobal sülhə, təhlükəsizliyə və dayanıqlı inkişafa real töhfə verən addımlar hesab olunur.  Azərbaycanın COP29 çərçivəsində ortaya qoyduğu təşəbbüsləri beynəlxalq ictimaiyyət də  müsbət qarşılayıb. BMT rəhbərliyi də qeyd edir ki, Azərbaycanın ev sahibliyi və təşkilatçılığı nəticəsində əldə olunan bir sıra nəticələrə bundan əvvəl bəzi ölkələr uzun müddət ərzində nail ola bilməmişdi.

Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi və yeni təşəbbüslərin irəli sürülməsi baxımından da Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır. Çünki bu forum çərçivəsində Azərbaycan, xüsusilə iqlim dəyişiklikləri və Ermənistanın təcavüzü nəticəsində yaranmış mürəkkəb şərait fonunda, özünün müasir və innovativ şəhərsalma yanaşmalarını təqdim etmək imkanı əldə edib. Bu təcrübə həm bərpa-quruculuq, həm də dayanıqlı şəhər inkişafı baxımından beynəlxalq səviyyədə maraq doğurur". 

 

 

Reyhan Qulizadə

#baş #baki #yaranıb #əməkdaşlıq #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər