00:00:00
Yazar
Admin User
05.05.2023 18:01 319 1 dəq oxuma
Dünya

BMT: Əfqanıstanda qadın işçi qadağası humanitar yardıma mane olur

BMT: Əfqanıstanda qadın işçi qadağası humanitar yardıma mane olur

Birləşmiş Millətlər Təşkilatı (BMT) Əfqanıstanda Taliban sisteminin qadın işçilərə tətbiq etdiyi qadağa səbəbindən humanitar yardımda əngəllər yaranır.

 

İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, BMT təmsilçisi Fərhan Haq mətbuat konfransında Əfqanıstanda qadın işçilərə iş qadağası ilə bağlı narahatlığını ifadə edib. 

 

Haq BMT-nin Əfqanıstana münasibət və siyasətlərini davamlı olaraq gözdən keçirməyə davam etdiyini və uyğun iş üsulları tapmağa çalışıldığını bildirib.

 

BMT-nin baş katibi Antonio Quterreş Dohada Əfqanıstanla bağlı keçirilən iclasda BMT-nin Əfqanıstanda qadın və qızlara qarşı sistematik pozuntular qarşısında səssiz qalmayacağını bildirib.

 

Quterreş bəyan edib ki, Talibanın qadın işçiləri ilə bağlı məhdudiyyətlərinə baxmayaraq, BMT çarəsiz qalan milyonlarla əfqana yardım çatdırmaq üçün Əfqanıstanda qalacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər