BMT miqrant ölümlərinə görə həyəcan təbili çalır
BMT Aralıq dənizindən keçən miqrant ölümlərinin artdığını bildirir.
İnformator.az xəbər verir ki, müxtəlif ölkələrdən olan insanlar daha yaxşı həyat axtarmaq üçün Aralıq dənizini keçməyə çalışır. Amma çoxları buna nail ola bilmir. BMT keçidi çətinləşdirməyə çalışan bəzi dövlətlərin siyasətini pisləyib.
BMT-nin çərşənbə günü dərc etdiyi hesabata görə, Avropaya sığınmaq üçün Aralıq dənizini keçərkən ölənlərin sayı 2017-ci ildən bəri görülməmiş səviyyəyə çatıb.
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı 2023-cü ilin ilk üç ayında 441 ölümün qeydə alındığını, amma real rəqəmin daha yüksək olacağını bildirib.
BMT baş katibi Antonio Vitorino dövlətlərin bu məsələdə cavab verməli olduqlarını düşünür: "2014-cü ildən bəri bu marşrutda 20 mindən çox ölüm qeydə alınıb. Qorxuram ki, bu ölümlər dövlətlər tərəfindən normallaşdırılıb".
İlkin
