BMT: Sudanda 13 milyon dollarlıq ərzaq yardımı mənimsənilib
BMT-yə bağlı Ümumdünya Ərzaq Proqramı (ÜƏP) ötən ay münaqişələrin yenidən başladığı Sudanda 13 milyon dollarlıq ərzaq yardımının talan edildiyini açıqlayıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, ÜƏP Sudan direktoru Eddi Rowe Reuters agentliyinə verdiyi açıqlamada hər gün yağma xəbərləri aldıqlarını ifadə edib:
"Bu günə qədər 17 min ton yardımın talan edildiyini təxmin edirik".
Qeyd edək ki, BMT-nin məlumatına görə, Sudanda münaqişənin bərpasından sonra 100 minə yaxın insan qonşu ölkələrə sığınıb. Ölkənin üçdə birinin ərzaq yardımından asılı yaşadığı təxmin edilir.
Sayad
