00:00:00
Yazar
Admin User
02.05.2023 15:59 301 1 dəq oxuma
Dünya

BMT: Sudandakı qarşıdurmalara görə 100 min insan ölkəni tərk edib

BMT: Sudandakı qarşıdurmalara görə 100 min insan ölkəni tərk edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudandakı qarşıdurmalara görə 100 min insanın ölkəni tərk etdiyini, mülki əhalinin “fəlakət”lə üzləşdiyini bildirib.

 

İnformator.az BBC-yə istinadən xəbər verir ki, BMT aprelin 15-də Sudanda rəqib güclər arasında şiddətli toqquşmaların başlamasından bəri 100 mindən çox insanın ölkəni tərk etdiyini açıqlayıb.

 

Təşkilat rəsmiləri xəbərdarlıq edib ki, döyüşlər bitməsə, “tam bir fəlakət” baş verə bilər.

 

Qeyd edək ki, paytaxt Xartumda qüvvədə olan atəşkəsə baxmayaraq, ordu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri arasında qarşıdurmalar davam edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər