00:00:00
Yazar
Güllər Gülhüseynova
30.04.2026 09:24 15 1 dəq oxuma
Dünya

BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər

BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər

BMT Təhlükəsizlik Şurasının qətnaməsi İranın nüvə proqramı üzrə gələcək saziş üçün beynəlxalq təminatların potensial alətlərindən biri kimi nəzərdən keçirilir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib.

 

"Əgər bağlanarsa, gələcək sazişin, zəmanətçilər institutunu nəzərdə tutub-tutmayacağını zaman göstərəcək. Əgər, məsələn, BMT TŞ-nin qətnaməsi zəmanətçi olarsa, o zaman biz, böyük ehtimalla, belə bir qətnaməni dəstəkləyəcəyik. Lakin əvvəlcə, əlbəttə ki, razılaşmaların yekun mətni ilə tanış olmaq lazımdır", - diplomat izah edib.

 

Onun sözlərinə görə, yeni sazişin işlənib hazırlanması üçün şərait var, çünki işlərin indiki vəziyyəti heç kimi qane etmir.

 

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp "Axios" nəşrinə bildirib ki, Vaşinqton Tehran nüvə proqramı üzrə sazişə razılaşana qədər İran limanlarının dəniz blokadasını davam etdirəcək.

#bilər #sazişinin #azərbaycan #qarantı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər