BMT xəbərdarlığı: minlərlə sudanlı qonşu ölkələrə qaça bilər
Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi 800 mindən çox sudanlının münaqişə səbəbindən qonşu ölkələrə qaça biləcəyi ehtimalına hazır olduqlarını açıqlayıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi özünün Tvitter hesabında yazdığı paylaşımda Sudanda ordu ilə hərbiləşdirilmiş QHT arasında baş verən münaqişələrin humanitar nəticələrini qiymətləndirib.
"BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı hökumətlər və tərəfdaşlarla birlikdə Sudandakı münaqişə səbəbindən 800 mindən çox insanın qonşu ölkələrə qaça biləcəyi ehtimalına hazırlaşır. Ümid edirəm ki, bu baş verməyəcək, lakin zorakılıq dayanmasa, biz daha çox insanın təhlükəsizlik axtarışında Sudanı tərk etmək məcburiyyətində qalmasına şahid olacağıq”, - deyə Qrandi bildirib.
Xumar Bayramqızı
