00:00:00
Yazar
Admin User
19.01.2015 06:33 533 1 dəq oxuma
Dünya

“Boko- Haram” terror qruplaşması 80 nəfəri girov götürüb

“Euronews”un məlumatına görə “Boko- Haram” terror qruplaşması Kamerunun şimalındakı Mabass kəndində 80 nəfəri girov götürüb, 3 nəfəri isə qətlə yetirib
“Boko- Haram” terror qruplaşması 80 nəfəri girov götürüb

Girov götürülənlərdən  50-si  10-15 yaşları arasında olan uşaqlardır. Terrorçular onlarla yaşayış evini yandırıblar. Ekstremistlər ilə Kameron hərbçiləri  arasında atışma baş verib. Nigeriya sərhədini keçməyə müvəffəq olan terororçular girovları özləri ilə aparıblar.

 

Qeyd edək ki,  “Boko Haram” terror qruplaşmasının Kameruna hücumları son vaxtlar artıb. Qonşu ölkəyə yardım üçün Çad hökuməti  öz hərbçilərini və 400 hərbi texnikanı Kameruna göndərib. Çadın prezidenti terror qruplaşmasına qarşı mübarizə üçün koalisiya yaradılması təşəbbüsü ilə Mərkəzi Afrika ölkələrinin iqtisadi əməkdaşlıq təşkilatına müraciət edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər