Boliviyanın Ali Məhkəməsi Yanin Anesi azadlığa buraxıb
Boliviyanın Ali Məhkəməsi “dövlət çevrilişi işi” üzrə məhkum edilmiş keçmiş müvəqqəti prezident Yanin Anesin hökmünü ləğv edərək onun azad edilməsinə qərar verib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Murad Muradov bildirib ki,Yanin Anesin həbsdən azad olunması Boliviyada hökümətə sağçı qüvvələrin gəlməsinin birbaşa nəticəsidir:
"Anes məşhur populist solçu prezident Evo Moralesin xalq protestləri nəticəsində ölkədən qaçmasından sonra müvəqqəti prezident vəzifəsini almışdır və o vəzifədə qalmaq üçün üsullar axtarıb. Lakin seçkini digər solçu namizəd Luis Arseyə uduzandan sonra Anes hakimiyyəti uzurpasiya etməkdə ittiham olunaraq həbs edilib. İndiki seçki Boliviyanın sosialist dövrünə son qoyur və göstərir ki, Latın Amerikasında solçu və sağçılar arasında balans daimi olaraq dəyişir. Braziliya və Kolumbiyada son illərdə sosialistlər hakimiyyətə qayıtsalar da, Arqentina, Ekvador, indi isə Boliviyada da sağçılar qələbə qazanıb. Anes yeni hökumətlə eyni siyasi düşərgədə olduğu üçün azadlığa buraxılıb, lakin onun ciddi siyasi çəkiyə malik olmasına və cəmiyyətə təsir göstərə biləcəyinə inanmıram, öz prezidentliyi dövründə o, sağçı ideyaları diskreditə etdi və icitmia narazılığa təqiblərlə və zor güc tətbiqi ilə cavab verirdi. Bu səbəbdən düşünmrəm ki yeni hökümət Anesi əhəmiyyətli vəzifəyə qoya".
Aişə Mustafayeva