Bondi atışmasının qurbanları kimlərdir?
Bazar günü Bondi çimərliyində baş verən atışma nəticəsində ən azı 15 nəfərin öldüyü təsdiqlənib.
Çoxları yəhudilərin Hanuka bayramının ilk gününü qeyd etmək üçün keçirilən tədbirdə iştirak edib.
Hakimiyyət orqanları qurbanlar arasında iki ravvin, Holokostdan sağ çıxan bir nəfər və 10 yaşlı bir qızın olduğunu təsdiqləyib.
İndiyə qədər müəyyən edilmiş şəxslər haqqında bildiklərimiz bunlardır:
Hakimiyyət orqanları ölənlər arasında ailəsinin yerli mediada Matilda adlandırdığı 10 yaşlı qızın da olduğunu təsdiqləyib.
Qızın anası üçün ianə toplama tədbiri təşkil edən və uşağın keçmiş müəllimi olduğunu deyən İrina Qudhyu yazıb: "Mən onu ətrafındakı hər kəsə işıq gətirən parlaq, şən və ruhlu bir uşaq kimi tanıyırdım".
Sidneydəki Harmony Rus Məktəbi də onun şagirdlərindən biri olduğunu təsdiqləyib.
BBC
Rəmziyyə Babazadə
