Boris Nemtsov dəfn edilib
Moskva şəhərindəki Saxarov Mərkəzində qətlə yetirilmiş müxalifət lideri Baris Nemtsovla vida mərasimi keçirilib.
Vida mərasimində Rusiya hökumət aparatının rəhbəri, baş nazirin müavini Sergey Prixadko, baş nazirin müavini Arkadi Dvarkoviç, baş nazirin mətbuat katibi Natalya Timakova, kənd təsərrüfatı naziri Nikolay Fyodorov, “Sberbank”ın rəhbəri German Qref, keçmiş maliyyə naziri Aleksey Kudrin, mərhum prezident Baris Yeltsinin həyat yoldaşı Naina Yeltsina və onun qızı, Böyük Britaniyanın sabiq baş naziri Con Meycor, Britaniya səfiri Tima Barrou, ABŞ səfiri Con Tefft, Avropa İttifaqının Rusiyadakı səfiri Viqaudas Uşatskas və digər şəxslər iştirak edib.
Mərasim yerli vaxtla saat 10.00-dan 14.00-ə qədər davam etsə də, xeyli adam vidalaşmaq üçün zala daxil ola bilməyib. Saxarov Mərkəzinin qarşısında uzun növbə yaranıb. B. Nemtsovun tabutu alqışlarla və “Qəhrəmanlar ölmür!” şüarları ilə qaldırılıb. Daha sonra rusiyalı siyasətçi Boris Nemtsov Moskvada dəfn olunub. Mərhum Troyekur qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində 600-dək insanın iştirak etdiyi bildirilir.
