00:00:00
Yazar
Zəri Bayramlı
21.10.2026 22:44 33 1 dəq oxuma
Araşdırma

Borneoda yanğınlar:Cənub-Şərqi Asiyanın zəhərli tüstü dumanının ön cəbhəsində 
həyat

Borneoda yanğınlar:Cənub-Şərqi Asiyanın zəhərli tüstü dumanının ön cəbhəsində həyat

İndoneziyanın Bornoe adasını bürüyən tüstü dumanına günəş şüaları düşəndə hər yer pas rənginə boyanır. Avtomobillər,evlər və küçələr tutqun,qırmızımtıl-qəhvəyi dumanın içində gah görünür,gah da yoxa çıxır. Bu mənzərəni təsvir etmək üçün “apokaliptik”sözündən daha uyğun ifadə tapmaq çətindir.

 

 Bu barədə Cənub-Şərqi Asiyanın Palanqkara şəhərində yaşayan üç uşaq anası Dianyra Eka Nastitni bildirib ki,onu ən çox qorxudan məhz gecələr,ətrafın sakit və qaranlıq olduğu vaxtlardır.

 

“Bəzən gecələr körpəmin sinəsindən xırıltılı səslər gəlir.Qızım cəmi bir ay yarımlıq olarkən bronxopnevmoniya səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Hər gecə narahat oluram.Görəsən sabah uşağım öləcəkmi ?Bu fikirlər hər gecə məni rahat buraxmır”.

Açıq istifadəli peyk platforması olan Nusantara Atlas İndoneziyada baş verən meşə yanğınlarının 1,9 milyon hektar ərazini məhv etdiyini bildirib. “Bu ABŞ-nin Nyu-Cersi ştatının ərazisinə və ya Ficinin ümumi ərazisinə təxminən bərabərdir.Təkcə sentyabr ayında bir milyon hektar ərazinin yandığı ehtimal olunur”,-deyə o, qeyd edib.


Pənahova Şəbnəm

#baki #tüstü #xəbər #borneoda #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər