00:00:00
Yazar
Səadət Əlizadə
13.04.2026 21:14 13 1 dəq oxuma
Dünya

Böyük Britaniya Çaqos adaları ilə bağlı qərarı təxirə salıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı qərarı təxirə salıb

Böyük Britaniya ABŞ Prezidenti Donald Trump-ın  səsləndirdiyi tənqidlərdən sonra Dieqo Qarsiya hərbi bazasının yerləşdiyi Çaqos adalarının təhvil verilməsi planını dayandırıb.


Məlumata görə, rəsmi London Çaqos adalarının Mavrikiyə verilməsi ilə bağlı planı tam ləğv etməsə də, prosesin icrası təxirə salınıb. Böyük Britaniyanın Baş naziri Keir Starmer və hökuməti hesab edir ki, bu razılaşma Dieqo Qarsiyadakı ABŞ hərbi bazasının uzunmüddətli fəaliyyətini qorumaq üçün ən uyğun variantdır.


Mövcud parlament sessiyasında sazişin Britaniya qanunvericiliyinə daxil edilməsi üçün kifayət qədər vaxtın olmadığı qeyd olunur.


CNN News
Ədilə Hüseynzadə

#çaqos #qərarı #bağlı #böyük
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər